REKLAM ALANI

(160x600px)

Esnek veya Sabit Ölçü Verebilirsiniz.
REKLAM ALANI

(160x600px)

Esnek veya Sabit Ölçü Verebilirsiniz.

AzeriTimes

Rusiyalı məşhur yazıçı: İlham Əliyevlə görüşəndə ürəyim rəğbət hissi ilə dolur

REKLAM ALANI

(728x90px)

Esnek veya Sabit Ölçü Verebilirsiniz.
Rusiyalı məşhur yazıçı: İlham Əliyevlə görüşəndə ürəyim rəğbət hissi ilə dolur
2 views
24 December 2019 - 20:21

Azərbaycan və Rusiya prezidentləri arasında etimad səviyyəsi görünməmiş dərəcədə yüksəkdir.

BAKU.WS xəbər verir ki, bunu Media.Az-a müsahibəsində rusiyalı yazıçı, Rusiya Federasiyasının siyasi və ictimai xadimi, İzborsk klubunun sədri və qurucularından biri, “Zavtra” qəzetinin baş redaktoru Aleksandr Proxanov deyib.

Qeyd edək ki, Vladimir Putin İlham Əliyevi ad günü münasibətilə iki dəfə təbrik edib: həm teleqramla, həm də telefonla.

“Hesab edirəm ki, prezidentlərimiz arasında əla münasibətlər qurulub, bir-birilərinə rəğbət hissi bəsləyirlər. İkisində də onları birləşdirən bir şey var. Görürəm ki, bir-birləri ilə görüşəndə necə sevinirlər. Liderlərimizin hakimiyyət kateqoriyasının qiymətləndirməsi və gələcək inkişaf anlayışı ilə əlaqədar oxşar fikirləri var. Müasir Rusiya və Azərbaycan gənc dövlətlərdir. Yola 1991-ci ildə başlamışıq və bu baxımdan ölkələrimiz həmyaşıddırlar”, – Aleksandr Proxanov qeyd edib.

“Bizi bir çox şeylər birləşdirir. O cümlədən, hakimiyyətin tipi – “demokratik mərkəzçilik”. Bundan əlavə, Rusiya və Azərbaycan çətin geostrateji vəziyyətdədirlər. Onlar tarazlıq yaratmalı olurlar. Ancaq həm Vladimir Putin, həm də İlham Əliyev idarəetmə bacarığına sahibdirlər”, – deyə həmsöhbətimiz bildirib.

Aleksandr Proxanovun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsinin ən çətin şəraitində, neftin qiymətindəki vəziyyətdə İlham Əliyev özünü ən yaxşı tərəfdən göstərir: “Və bu oxşarlıq iki prezidenti yaxınlaşdırır”.

“Rusiya ilə Azərbaycan arasında, məsələn, silah tədarükü ilə bağlı bir çox müqavilə bağlanıb. Bunlar iki prezidentin böyük geostrateji və psixoloji yaxınlığına dəlalət edən incə razılaşmalardır. Ancaq ümumiyyətlə, öz-özümə mühakimə yürüdürəm: Prezidentinizlə görüşəndə ürəyim rəğbət hissi ilə dolur, onun fikir və mühakimələrinə qulaq asmaqdan məmnunluq duyuram. İlham Əliyevlə son üzbəüz görüşüm Valday forumu zamanı baş tutub. Azərbaycan Prezidenti strateji dostumuz, yaxın adamımızdır və mən İlham Əliyevi Azərbaycan dövlətinin inkişafı münasibətilə təbrik edirəm”, – deyə Aleksandr Proxanov fikirlərini yekunlaşdırıb.

BAKU.WS

REKLAM ALANI

(728x90px)

Esnek veya Sabit Ölçü Verebilirsiniz.
REKLAM ALANI

(336x280px)

Anasayfa Sağ Bloka Esnek veya Sabit ölçülerde SINIRSIZ reklam alanını şablon olarak ekleyebilirsiniz. Şuan örnek olarak sadece 2 reklam kullanıldı.

Sitemizde yayınlanan haberlerin telif hakları gazete ve haber kaynaklarına aittir, haberleri kopyalamayınız.