REKLAM ALANI

(160x600px)

Esnek veya Sabit Ölçü Verebilirsiniz.
REKLAM ALANI

(160x600px)

Esnek veya Sabit Ölçü Verebilirsiniz.

AzeriTimes

Aybəniz Haşımova müəllimi haqqında ŞOK FAKTLARI AÇDI: “Mən də səfeh kimi icazə verdim”

REKLAM ALANI

(728x90px)

Esnek veya Sabit Ölçü Verebilirsiniz.
Aybəniz Haşımova müəllimi haqqında ŞOK FAKTLARI AÇDI: “Mən də səfeh kimi icazə verdim”
1 views
13 January 2020 - 17:50

“Uşaq vaxtı yaşadığım 8 nömrəli internat məktəbində bir müəllimə var idi. Ondan çox qorxurduq”.

BAKU.WS xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova instaqramda yazıb. O, şagirdi ilə fotosunu paylaşaraq, məktəb illərində aldığı travmanı yada salıb:

“Qadın bizdə “iclas” sözünü fobiya etmişdi. Hələ də məni kimsə iclasa çağıranda elə bilirəm ki, kimlərsə, yaxud mən çox pis danlanacağam. Çünki uşaqlarımızın hamısını söyürdü, yaxud özünəməxsus formada qarğış edirdi. O vaxt sözlərinin mənasını anlamırdıq. Görəsən, biz necə dözmüşük? Deməli, belə çıxır ki, o vaxt uşaqlar dözümlü olub. İradələri zəif olmayıb, hə?

Ailə qurmazdan əvvəl qaşlarım çox nazik idi. Hətta yaxından görməyənlər elə bilirdi ki, qaşlarımı almışam. Bir gün həmin o tərbiyəçi yanında bir müəllim yoldaşı ilə məni otağa apardı. Üzümü pəncərənin önünə tərəf tutaraq qaşlarımı yoxladılar. Mən də səfeh kimi onların əlinin altında oturub icazə verdim ki, qaşlarıma baxsınlar. Adama deyən lazımdır ki, bu uşağın sahibi ola-ola sən kimsən ki, başıma hoqqa açırsan? Bu barədə evdəkilərə məlumat vermədim. Bütün uşaqların o qadına qarşı qorxusu var idi.

Uşaqları qorxudaraq guya öz aləmində tərbiyə edən müəllimlərə sözüm var! Onlara öncə sevgi vermək, qayğı göstərmək lazımdır. Uşaqlar onsuz da böyük sevgilərindən ehtiram göstərəcəklər. Onları qorxutmağa çalışmayın. Bu, ömürlük travmaya çevrilə bilər. Uşaqlar müəllimini sevməlidir, qorxmalı deyil”.

BAKU.WS

REKLAM ALANI

(728x90px)

Esnek veya Sabit Ölçü Verebilirsiniz.
REKLAM ALANI

(336x280px)

Anasayfa Sağ Bloka Esnek veya Sabit ölçülerde SINIRSIZ reklam alanını şablon olarak ekleyebilirsiniz. Şuan örnek olarak sadece 2 reklam kullanıldı.

Sitemizde yayınlanan haberlerin telif hakları gazete ve haber kaynaklarına aittir, haberleri kopyalamayınız.