REKLAM ALANI

(160x600px)

Esnek veya Sabit Ölçü Verebilirsiniz.
REKLAM ALANI

(160x600px)

Esnek veya Sabit Ölçü Verebilirsiniz.

AzeriTimes

DİN-dən polisin yeni geyimi ilə bağlı AÇIQLAMA – Dövlət başçısı göstəriş verib

REKLAM ALANI

(728x90px)

Esnek veya Sabit Ölçü Verebilirsiniz.
DİN-dən polisin yeni geyimi ilə bağlı AÇIQLAMA – Dövlət başçısı göstəriş verib
0 views
14 January 2020 - 14:45

Daxili İşlər Nazirliyi (DİN) polis əməkdaşlarının yeni geyim formasına keçməsinin hansı zərurətdən irəli gəlməsinə aydınlıq gətirib.

BAKU.WS-in məlumatına görə, DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-nın sorğusuna cavabında qeyd edib ki, yeni formanın tətbiqi Azərbaycan Respublikası Prezidentinin daxili işlər orqanlarına göstərdiyi diqqət və qayğının daha bir təzahürüdür: “Bu yenilik dövlət başçısının Daxili İşlər Nazirliyinin rəhbərliyinə verdiyi göstərişin icrası ilə əlaqədar oldu. Belə ki, göstərişdə bayır xidmətində olan polis əməkdaşlarının daha müasir və rahat, həmçinin, daha keyfiyyətli materialdan olan yeni geyim forması ilə təmin olunması tələb olunurdu.

Bununla əlaqədar DİN tərəfindən müvafiq tədbirlə görüldü və artıq bildiyiniz kimi ötən gündən başlayaraq Yol Patrul Xidməti əməkdaşları bu müasir xüsusi geyim formasından istifadə edirlər. Yaxın vaxtlarda bayır xidmətində olan digər polis əməkdaşları da bu forma ilə təmin ediləcəklər. Yeni formaları müasirliyindən və yüksək keyfiyyətindən əlavə həm də bayır xidmətində olan əməkdaşlarımızın təhlükəsizliyi baxımından da önəmlidir. Belə ki, gecə vaxtı bu formalar həm də işıq əksetdirmə qabiliyyətinə malikdir”.

BAKU.WS

REKLAM ALANI

(728x90px)

Esnek veya Sabit Ölçü Verebilirsiniz.
REKLAM ALANI

(336x280px)

Anasayfa Sağ Bloka Esnek veya Sabit ölçülerde SINIRSIZ reklam alanını şablon olarak ekleyebilirsiniz. Şuan örnek olarak sadece 2 reklam kullanıldı.

Sitemizde yayınlanan haberlerin telif hakları gazete ve haber kaynaklarına aittir, haberleri kopyalamayınız.