REKLAM ALANI

(160x600px)

Esnek veya Sabit Ölçü Verebilirsiniz.
REKLAM ALANI

(160x600px)

Esnek veya Sabit Ölçü Verebilirsiniz.

AzeriTimes

Ağcabədidə atanın oğlunu qətlə yetirməsinin təfərrüatı: “Bacılarını döyüb, qızlar evdən qaçdıqdan sonra…”

REKLAM ALANI

(728x90px)

Esnek veya Sabit Ölçü Verebilirsiniz.
Ağcabədidə atanın oğlunu qətlə yetirməsinin təfərrüatı: “Bacılarını döyüb, qızlar evdən qaçdıqdan sonra…”
1 views
12 February 2020 - 18:50

Ağcabədidə atanın oğlunu qətlə yetirməsinin təfərrüatı: “Bacılarını döyüb, qızlar evdən qaçdıqdan sonra…”

Ağcabədidə törədilən qətlin təfərrüatı məlum olub.

APA-nın xəbərinə görə, hadisə Ağcabədi rayonunun Təzəkənd kəndində qeydə alınıb.

1962-ci il təvəllüdlü Cəfərov Valeh Saleh oğlu 30 yaşlı oğlu Cəfərov Tural Valeh oğlunu öldürüb. Atanın övladını öldürməsinə səbəb isə T.Cəfərovun tüfeyli həyat tərzi sürməsi, bacılarını və anasını mütəmadi döyməsi olub.

Təzəkənd kənd icra nümayəndəsi Rizvan Şıxəliyev bildirib ki, T.Cəfərov əvvəllər həbs həyatı yaşayıb. Həbsdən çıxdıqdan sonra isə xuliqanlıq əməlinə görə, o, dəfələrlə saxlanılıb:

“Tural Cəfərov həbsdən çıxdıqdan sonra bacılarını, anasını döyürdü. O, tüfeyli həyat tərzi keçirirdi. Atası Valeh Cəfərov Əsəb Dispanserində qeydiyyatdadır. Hadisə baş verən gün Tural içkili vəziyyətdə evə gəlib, bacılarını döyüb, qızlar evdən qaçdıqdan sonra isə anasını döyüb. Anası qonşuların evində gizlənib. Atası ilə mübahisə etdikdən sonra Tural onu döyməyə çalışıb. Bu zaman atası əlinə keçən dəhrə ilə onu vuraraq öldürüb”.

R.Şıxəliyev onu da bildirib ki, hadisə ilə bağlı kənd ağsaqqalları hüquq-mühafizə orqanlarına müraciət edərək V.Cəfərovun məsuliyyətə cəlb olunmamasını istəyirlər.

Faktla bağlı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

REKLAM ALANI

(728x90px)

Esnek veya Sabit Ölçü Verebilirsiniz.
REKLAM ALANI

(336x280px)

Anasayfa Sağ Bloka Esnek veya Sabit ölçülerde SINIRSIZ reklam alanını şablon olarak ekleyebilirsiniz. Şuan örnek olarak sadece 2 reklam kullanıldı.

Sitemizde yayınlanan haberlerin telif hakları gazete ve haber kaynaklarına aittir, haberleri kopyalamayınız.