REKLAM ALANI

(160x600px)

Esnek veya Sabit Ölçü Verebilirsiniz.
REKLAM ALANI

(160x600px)

Esnek veya Sabit Ölçü Verebilirsiniz.

AzeriTimes

İmişlidə bir ailə turşudan zəhərlənib, ana ölüb, ata ilə qızın vəziyyəti ağırdır

REKLAM ALANI

(728x90px)

Esnek veya Sabit Ölçü Verebilirsiniz.
İmişlidə bir ailə turşudan zəhərlənib, ana ölüb, ata ilə qızın vəziyyəti ağırdır
1 views
12 February 2020 - 18:51

İmişlidə məcburi köçkün kimi məskunlaşan Ağdam sakinləri konservləşdirilmiş turşudan zəhərlənib, ana ölüb, ata və qızı ağır vəziyyətdədir.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Ağdam sakinləri – 1971-ci il təvəllüdlü Ağayev Elman Mahmud oğlu, həyat yoldaşı, 1968-ci il təvəllüdlü Ağayeva Səyalı Sarış qızı və onların qızları – 2005-ci il təvəllüdlü Ağayeva Samirə Elman qızı zəhərlənmə diaqnozu ilə İmişli Mərkəzi Rayon Xəstəxanasının İnfeksion şöbəsinə yerləşdirilib. Vəziyyətləri ağır olan ər və arvad daha sonra paytaxtda yerləşən 1 saylı Xəstəxananın Toksikologiya şöbəsinə göndərilib. Vəziyyəti ağır olan Səyalı Ağayeva orada dünyasını dəyişib. Elman Ağayevin isə kritik vəziyyətdən çıxdığı bildirilir.

İmişli MRX-dən verilən məlumata görə, hazırda ailənin 15 yaşlı qızı komatoz vəziyyətdə xəstəxananın Reanimasiya şöbəsinə yerlşdirilib. Vəziyyəti ağır olduğundan Bakıya göndərilməyib. Paytaxtdan ezam olunan həkimlər briqadası tərəfindən ona yardımlar göstərilir.

Zəhərlənməyə səbəb konservləşdirilmiş pomidor turşusundan hazırlanan xörək olub. İlkin olaraq onlara botulizm diaqnozu qoyulub.

Faktla bağlı arşadırmalar aparılır.

BAKU.WS

REKLAM ALANI

(728x90px)

Esnek veya Sabit Ölçü Verebilirsiniz.
REKLAM ALANI

(336x280px)

Anasayfa Sağ Bloka Esnek veya Sabit ölçülerde SINIRSIZ reklam alanını şablon olarak ekleyebilirsiniz. Şuan örnek olarak sadece 2 reklam kullanıldı.

Sitemizde yayınlanan haberlerin telif hakları gazete ve haber kaynaklarına aittir, haberleri kopyalamayınız.