Azeri Times

Bəziləri 30, digərləri 10 il ərzində yığdıqları pulu “Dağlar MTK”-ya ödəyərək ev almaq istəyib. Evi aldıqdan sonra məlum olub ki, mənzilin bir neçə sahibi var. 2014-cü ildə cinayət işi açılıb, MTK-nın direktoru Şahin Əliyevə 11 il həbs cəzası verilib. Amma 15 nəfər zərərçəkənə dəyən zərər 5 ildir ödənmir. Onlar pullarını ala bilmədiklərinə görə işin istintaqını aparan Korrupsiyaya qarşı Mübarizə İdarəsinin qarşısına toplaşıblar.Ev almaq istəyərkən İlqar Tağıyev 100 min, İltimas Abdullayev 191 min manat ziyana düşüb. Şikayətçilər deyir, şirkətin direktoru ümumilikdə 2 milyon manata yaxın vəsaiti mənimsəyib. Hazırda iş Ali Məhkəmədədir. Şikayətçilər tələb edirlər ki, işə sıfırdan, yenidən baxılsın.

İki milyon manat xərcləyib evsiz qalanlar…

144 views

All rights reserved 2009-2019. www.azeritimes.com ©

AzerbaijanUSA