Azeri Times

Qazaxda idman müəllimi məktəbdə öldü

Qazaxda idman müəllimi məktəbdə öldü
81 views
09 February 2019 - 1:40

Qazax rayonunda müəllim çalışdığı məktəbdə ölüb.

AzeriTimes “Report”a istinadən xəbər verir ki, hadisə 2 nömrəli orta məktəbdə qeydə alınıb.

Belə ki, məktəbin idman müəllimi, 46 yaşlı Emin Mirzəyevin müəllimlər otağında qəfildən halı pisləşib və yerə yıxılaraq ölüb. İlkin olaraq onun infarkt keçirərək öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

All rights reserved 2009-2019. www.azeritimes.com ©

AzerbaijanUSA