Azeri Times

ABŞ ordusunun Suriyanı tərk edəcəyi tarix açıqlandı

ABŞ ordusunun Suriyanı tərk edəcəyi tarix açıqlandı
84 views
08 February 2019 - 6:12

ABŞ ordusunun Suriyanı tərk edəcəyi tarix açıqlandı

ABŞ öz ordusunu aprel ayının sonuna qədər tam olaraq Suriyadan çıxarmağı planlaşdırır.

Bu barədə “Wall Street Journal” öz mənbələrinə istinadən xəbər yayıb.

Nəşrə müsahibə verənlərin məlumatına əsasən, amerikalı hərbi qulluqçular respublikanı yaxın həftələrdə tərk etməyə başlayacaqlar. Lakin bundan əvvəl ordu İŞİD döyüşçülərinin müqavimətini tamamilə qırmaldır. Hələlik İŞİD qruplaşmaları Fərat çayından şərqdə öz fəaliyyətini davam etdirir.

Ordunun çıxarılmasından öncə ABŞ türk hərbçilərin Suriyanın şimal-şərq hissəsinə nəzarət edən kürdlərə hücum edəcəyini istisna etmək üçün Türkiyə ilə danışıqlar aparmaq niyyətindədir. Vaşinqton kürdlərlə bağlı Ankara ilə razılıq əldə edə bilməsə, ordunun çıxarılmasını təxirə salacağını istisna etmir.

Pentaqon nəşrə müsahibə verənlərin sözlərini şərh etməkdən imtina edib, Dövlət departamenti isə qoşunların çıxarılma tarixinin dəqiq təyin edilmədiyini bildirib.

All rights reserved 2009-2019. www.azeritimes.com ©

AzerbaijanUSA